Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib (FOTO)


Digərləri 25 İyn 2019 14:08:00 147 0

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib (FOTO)

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

Bakı. Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Silahlı Qüvvələr Günü münasibətilə öz təbriklərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamın Ordumuzun bütün şəxsi heyəti tərəfindən dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi qeyd edib. Nazir dövlətimizin bu sahədə gördüyü işlərin davamlı olacağından əminliyini ifadə edib.