Baş nazir: "Monteneqro Azərbaycanı prioritet sahələrə investisiya qoymağa dəvət edir"


Siyasət 25 İyn 2019 13:59:00 198 0

Baş nazir: "Monteneqro Azərbaycanı prioritet sahələrə investisiya qoymağa dəvət edir"

"Azərbaycan Monteneqroya birbaşa sərmayələr yatıran əsas xarici investordur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Monteneqronun baş naziri Duşko Markoviç Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib.

Onun sözlərinə görə, Monteneqroda Azərbaycan kapitalı ilə yaradılmış bank uğurlu nəticələr göstərir:

"Hazırda Azərbaycan Monteneqroda Portonovi layihəsinə 260 milyon avro investisiya yatırıb. Bundan başqa, ölkələrimiz enerji sahəsində, TAP və IAP kimi qaz kəməri layihələrinin reallaşdırılmasında əməkdaşlıq edir".

Baş nazir əlavə edib ki, Monteneqro Azərbaycanı aqrar-sənaye kompleksi, nəqliyyat kimi sahələrə investisiya qoymağa dəvət edir.