Bakıda restoranda "göz qamaşdıran" hesab


Digərləri 25 İyn 2019 13:44:00 236 0

Bakıda restoranda "göz qamaşdıran" hesab

Bir neçə gündür, sosial şəbəkələrdə "Xəzri" ailəvi istirahət mərkəzinin müştəriyə verdiyi qəbzin şəkli istifadəçilər tərəfindən paylaşılır və şikayətlər səsləndirilir. Belə ki, qiymətlərin, o cümlədən xidmət haqqının bahalığından danışanlar bu cür halların düzgün olmadığını bildirir və istehlakçının hüquqlarına zidd olduğunu vurğulayırlar.

Bununla bağlı "Xəzri" ailəvi istirahət mərkəzinin administratoru Simran Babayev primetime.az-a açıqlama verib. O, xidmət haqqının bahalı olmasını bu cür izah edib: "Hər şeyi - suyu, meyvə şirəsini, yeməyi - özləri ilə gətirənlərə ofisiant ayrılır, 15-20 manat xidmət haqqı yazılır. Əks halda isə, restorandakı sifarişə uyğun xidmət haqqı qeyd olunur".

Digər tərəfdən ümumiyyətlə, yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda  kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar. Mövcud durumdan şikayət edən insanlar bildirirlər ki, xüsusilə də həftəsonları qiymətləri iki dəfədən də çox bahalaşdırırlar.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov saytımıza danışarkən bildirib ki, restoranlarda, otellərdə süni qiymət artımı turizmin inkişafına mane olur:

"Biz həmişə bu barədə demişik. Süni qiymət artımının olması və xidmət səviyyəsinin aşağı olması turistləri Azərbaycandan qaçırır. Biz ölkəyə daha çox turist gətirmək üçün qiymət siyasətini dəyişməliyik. Təəssüf ki, neçə illərdir, bu barədə danışılsa da, maarifləndirmə işləri aparılsa da, sahibkarlara, menecerlərə bu cür idarəçilik sisteminin doğru olmadığı çatdırılsa da süni qiymət artımı müşahidə edilir. Sizə bir misal çəkim. Gürcüstanda baş verən məlum  hadisələrdən sonra turistlər başqa tərəfə üz tutacaqlar. Bilirsiniz, onlar Gürcüstana ucuz və çimərlik turizminin münasib qiymətlərə olduğuna görə gedirdilər. İndi həmin şəxslər əsasən Türkiyəyə üz tutacaqlar. Bəs nə üçün Azərbaycana gəlməsinlər? Lakin bizdəki qiymət məsələsi onları ölkəmizə gəlməkdən çəkindirir. Təbii ki, tursitlər gəlməmişdən qabaq qiymətlərlə maraqlanırlar. Bu baxımdan yenə deyirəm, düzgün qiymət siyasəti aparılmırsa və xidmət səviyyəsi münasib deyilsə, bu, turistlərin Azərbaycana gəlişinə mane törədəcək. Qiyməti bu cür qaldıranlar strateji turizm siyasətindən xəbərsizdirlər. Onlar elə bilirlər ki, bu gün birdən-birə 5 manat artıq qazanmaqla hər şey həll olunur. Ancaq başa düşmürlər ki, ticarətin öz qayda-qanunları var. Bu adamların əksəriyyəti təsadüfi şəxslərdir ki, gəlib restoran sahibi olurlar. Həmin sahibkarların ümumiyyətlə, turizmdən, bu işi necə qurmalı olduqlarından, menecmentlikdən məlumatları yoxdur. Ümumi işə, bizim turizm siyasətinə ziyan gətirirlər".

M.Ağakərimov qeyd edib ki, qiymətlərə heç bir qurum nəzarət etmir:


Xəbərə aid foto