Binəqədidə 6 otaqlı ev yanıb


Digərləri 25 İyn 2019 13:39:00 199 0

Binəqədidə 6 otaqlı ev yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.