Bakıda keçmiş iş adamı güllələndi


Kriminal 25 İyn 2019 13:04:00 230 0

Bakıda keçmiş iş adamı güllələndi

Bakıda keçmiş biznesmen güllələnib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb. 

İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.