İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı


Digərləri 25 İyn 2019 13:06:00 222 0

İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Bakı. Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Trend-in məlumatına görə, bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb. Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib.