"Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir (FOTO)


Digərləri 25 İyn 2019 12:53:00 183 0

"Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir (FOTO)

Təlimin aparıcılarından biri də Litvanın əmək nazirinin müavinidir

Bakı. “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində “Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” adlı təlimə başlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, iki günlük təlimin aparıcıları Litva Respublikasının əmək nazirinin müavini Egle Radisauskiene və ekspert Nijole Daldienedir. Təlimdə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri üzrə Məşğulluq Mərkəzlərinin, Abşeron rayonu və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorları, Bakı şəhər Məşğulluq Mərkəzinin və nazirliyin tabelyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əməkdaşları iştirak edir.