"Bilirdim bu şoubiznes etibarsız adamlarla doludur"


Şou-biznes 25 İyn 2019 12:39:00 240 0

"Bilirdim bu şoubiznes etibarsız adamlarla doludur"

"Çağırdığın adamlar gəldimi toyuna? Gəlməyənlər nəmərini göndərdimi?"

Son.az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də yeni ailə həyatı quran gənc müğənni Əhməd Mustafayevə müraciət edib.

Müğənni efir vasitəsi ilə bəzi həmkarlarından incikliyini dilə gətirib:

"Çox adam gəlməmişdi. Mən əslində bilirdim bu şou-biznes etibarsız adamlarla doludur. Onun üçün də ehtiyyatımı gözləmişdim. Amma elələri var ki, getmişəm, xeyir işlərində iştirak etmişəm, lazımı qədər nəməri də salmışam. Mən onları görmədim toyda".