Binəqədi-Novxanı yolunda ağır qəza - 3 avtomobil sıradan çıxdı (VİDEO)


Digərləri 25 İyn 2019 12:28:30 275 0

Binəqədi-Novxanı yolunda ağır qəza - 3 avtomobil sıradan çıxdı (VİDEO)

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb. Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.