Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib


Digərləri 25 İyn 2019 12:01:00 167 0

Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib

Türkiyədə 21 yaşlı azərbaycanlı yol qəzasının qurbanı olub

Bakı. Türkiyənin Yalova şəhərində 21 yaşlı azərbaycanlı yol qəzasının qurbanı olub. Trend-in məlumatına görə, Türkiyəyə bacısıgilə qonaq gedən Hüseyn Zülfioğlu adlı Azərbaycan vətəndaşı velosipedlə Yalova-İzmit şosesində qarşı tərəfə keçmək istəyib. İşıqfora diqqət etməyən gənc qırmızı işıq yanmadan yola çıxıb. Nəticədə 34 ABF 616 nömrəli avtomobil ona çırpılıb, zərblə kənara atılan gənc 56 AY 211 nömrəli digər bir avtomobilin zərbəsinə tuş gəlib. Azərbaycan vətəndaşı Hüseyn Zülfioğlu hadisə yerində dünyasını dəyişib. Yerli polisin araşdırmalarından sonra Hüseyn Zülfioğlunun meyiti dəfn olunmaq üçün Azərbaycana göndərilib.