Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir


Digərləri 25 İyn 2019 11:00:00 231 0

Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir

Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur.

Bakı. Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur. Komitədən Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub. Xatırladaq ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılıb. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilib.