"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı


Digərləri 25 İyn 2019 10:29:00 205 0

"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib.

Bakı. Samir Əli - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, ləğv edilən idarənin bazasında “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. Yeni departamentə Elsevər Rüstəmli rəis təyin edilib: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyektləri ilə işləyəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin