Liseylərə qəbul üzrə müsabiqə keçirilib


Digərləri 25 İyn 2019 10:34:00 216 0

Liseylərə qəbul üzrə müsabiqə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid tapşırıqları yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə, VII lisey sinifərinə qəbul üzrə müsabiqədə isə 120 dəqiqə vaxt verilib. Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqədə 1 239 şagird iştirak edib. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib.