“Kokain kralı” Uruqvay həbsxanasından qaçdı


Dünya 25 İyn 2019 09:19:00 276 0

“Kokain kralı” Uruqvay həbsxanasından qaçdı

İtalyan mafiyasının başçılarından biri Rokko Morabito cəza çəkdiyi Uruqvay həbsxanasından qaçıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, orada Vətəninə ekstradisiya olunacağını gözləyirmiş. Uruqvay artıq "Milanın kokain kralı" kimi tanınan Morbitonu İtaliyaya verməyə razılaşmışdı.

Qeyd edək ki, Morabito "Ndranqeta" qruplaşmasının başçısı sayılır. 1995-ci ildən axtarışda olan "Milanın kokain kralı" 2017-ci ildə Uruqvayın Punta-del-Este şəhərində saxlanılmışdı.