Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb (FOTO)


Digərləri 25 İyn 2019 09:07:50 173 0

Bu günədək ölkə üzrə 1 900 000 tona yaxın taxıl yığılıb (FOTO)

Respublika ərazisində taxıl biçini davam edir

Bakı. Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir. İyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 192,25 hektar ərazidə taxıl biçini aparılıb, 299 218,7 hektar ərazidə arpa, 295 973,6 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 890 393,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir. Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13284 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8502 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib: Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha Şəki 21626,3 20210 34,3 Sabirabad 9600 9600 37,5 Zərdab 5730 5730 30,6 Yevlax 5082,5 5082,5 29,0 Cəlilabad 4509,1 4500 34,9 Bərdə 2601 2601 38,9 Beyləqan 1765 1760 29,2 Ağsu 16036 15610 31,0 Biləsuvar 14900 14900 30,9 Hacıqabul 11008 9967 30,0 Goranboy 13449 13284 29,0 Qax 2881 2868 26,0 Masallı 2786