Yeni nəsil “Amazon Kindle Oasis” elektron kitabı təqdim olunub


Digərləri 25 İyn 2019 08:51:00 211 0

Yeni nəsil “Amazon Kindle Oasis” elektron kitabı təqdim olunub

"Amazon" şirkəti "Kindle Oasis" elektron kitabının onuncu nəslini təqdim edib. Modelin dizaynı dəyişməz qalsa da, ekranda böyük dəyişikliklər edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğunun işıqlandırmasında 12 yox, 25 işıq diodundan istifadə olunub, eləcə də onların işıqsaçmasının temperaturunu tənzimləmək üçün imkan yaradılıb - istifadəçilər işıqlandırmada göy rəngin payını müstəqil azaldaraq işığın temperaturunu aşağı sala biləcəklər. Bundan əlavə, rəngin temperaturunun cədvəl üzrə tənzimlənilməsi nəticəsində gözlər az gəriləcək.

Həmçinin qurğu səhifələri sürətlə vərəqləməyə imkan verən ən yeni elektron mürəkkəb texnologiyası ilə təchiz edilib və çəkisi 6 qram azaldılmaqla doqquzuncu nəsil modeldən yüngül olub.

Digər xüsusiyyətlər isə dəyişməz qalıb: "Kindle Oasis" elektron kitabı 1680 х 1264 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 8 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, "Micro-USB" portu və model versiyasına görə "LTE" modemi ilə təchiz edilib. Suyadavamlılıq "IPX8" standartı üzrə təmin olunur.