Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib


Digərləri 25 İyn 2019 08:59:00 256 0

Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

Çinin "Vivo" şirkəti smartfonlarının enerji ilə doldurulması üçün "Super FlashCharge" texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Vivo" şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.

Cari ilin martında "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə "Super Charge Turbo" texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.