Tovuzda 6 otaqlı ev yanıb


Digərləri 25 İyn 2019 08:43:00 197 0

Tovuzda 6 otaqlı ev yanıb

Tovuzda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Bayramlı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 3 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.