İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək


Digərləri 25 İyn 2019 08:36:00 208 0

İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək

ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək

Bakı. ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib. Nümayəndə bildirib: "İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluluğuna həsr edilmiş sessiyada da iştirak edəcək".