Intel və Qualcomm Huawei ilə bağlı peşmançılıq çəkir


Digərləri 25 İyn 2019 08:25:00 192 0

Intel və Qualcomm Huawei ilə bağlı peşmançılıq çəkir

Huawei - ABŞ müharibəsində maraqlı hadisələr yaşanır.

Son.az chip.az-a istinadən bildirir ki, Trumpun açıqlamlarından sonra Huaweini məhdudlaşdıran ilk şirkətlərdən biri olan Intel, Qualcomm və Xilinx bu qərara qarşı çıxmaq istəyirlər. Üç nəhəng şirkətin Huaweiyə satdığı çiplərin Trumpun sözlərindəki riski daşımadığının qeyd edərək şirkətlərin qadağanın xaricində qalmaq istədiklərini bildirilib.

Intel ilə daha yaxşı ikitərəfli münasibətləri olan Huawei, bu günə qədər lazım olan məhsulları heç bir problem olmadan satın almışdı. Qualcomm ilə ikitərəfli əlaqələrdə kiçik problemlər var idi. Huawei buna baxmayaraq Qualcomma 4 aylıq patent haqqı üçün 150 milyon dollar ödəniş etməyi qəbul etmişdi. Prosesin sonunda heç bir problem olmadı. İş münasibətləri hər zamanki kimi davam etdi.

Bu iki şirkətlə yanaşı Huawei maşın öyrənmə və məlumatların təhlilini sürətləndirmək üçün dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan Xilinx ilə əməkdaşlıq edib.  May ayına qədər iki şirkət arasında heç bir problem olmamışdı, lakin Trumpun sözləri bu münasibətləri pozdu.