Tramp G20 sammitindən sonra Kim Çen Inla görüşməyi planlaşdırmır


Dünya 25 İyn 2019 08:20:00 228 0

Tramp G20 sammitindən sonra Kim Çen Inla görüşməyi planlaşdırmır

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfəri zamanı Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşməyi planlaşdırmır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

Bildirilir ki, D.Tramp Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammitindən sonra Cənubi Koreyaya səfərə gedəcək.

Qeyd edək ki, G20 sammiti 28-29 iyun tarixlərində keçiriləcək.