Tovuzda və Qəbələdə biçilməmiş taxıl sahəsi yanıb


Digərləri 25 İyn 2019 08:10:00 221 0

Tovuzda və Qəbələdə biçilməmiş taxıl sahəsi yanıb

Tovuzda və Qəbələdə yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Tovuz rayonun Qovlar şəhərində 4 ha biçilməmiş taxıl sahəsi yanıb.

Əkin sahələrinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələdə Tüntül kəndində 3 ha biçilməmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı əkin sahələri və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.