İnquşetiyanın rəhbəri istefaya gedir


Dünya 25 İyn 2019 07:55:00 254 0

İnquşetiyanın rəhbəri istefaya gedir

İnqişetiyanın rəhbəri Yunusbek Yevkurov Rusiya prezidenti Vladimir Putindən onun vaxtından əvvəl respublikanın rəhbəri vəzifəsindən istefasını qəbul etməsini istəyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Y.Yevkurov İnquşetiyanın Milli Teleradio şirkətinin efirində deyib.

Y.Yevkurov bildirib: "Mən öz seçimimi etmişəm. Öz Vətənini qorumağa and içən inquş, vətənpərvər, hərbçi kimi mən Rusiya Federasiyasının prezidenti Vladimir Putinə mənim respublikanın rəhbəri vəzifəsindən vaxtından əvvəl istefamı qəbul etməsi üçün müraciət edəcəyəm".