Perunun müdafiə naziri səfər zamanı qəflətən ölüb


Digərləri 25 İyn 2019 06:29:00 244 0

Perunun müdafiə naziri səfər zamanı qəflətən ölüb

Perunun müdafiə naziri Xose Uerta Torres inspeksiya səfəri zamanı dünyasını dəyişib

Bakı. Perunun müdafiə naziri Xose Uerta Torres inspeksiya səfəri zamanı dünyasını dəyişib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 71 yaşlı nazir müşahidə postlarının yoxlamaq məqsədi ilə səfər gəldiyi Amasonas regionunda ürək tutmasından ölüb. Bildirilir ki, yoxlanış zamanı nazir huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Təcili tibbi müdaxiləyə baxmayaraq, U.Torresi xilas etmək mümkün olmayıb.