Xorvatiya əcnəbilərin işə qəbul kvotasını artırıb


Dünya 24 İyn 2019 23:52:00 268 0

Xorvatiya əcnəbilərin işə qəbul kvotasını artırıb

Xorvatiya hökuməti turizm sahəsində çalışan əcnəbi işçilərin kvotasının 2 min nəfərə, inşaat sahəsində çalışanların isə min nəfərədək artırılması barədə qanun qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Hökumət bu qərarı sahibkarların xahişi əsasında qəbul edib. Belə ki, işçi qüvvəsinin çatışmaması ölkə turizminə mənfi təsir göstərə bilər. Xorvatiyanın ÜDM-nin 20 faizini turizm sektoru təşkil edir.

Bu arada yerli müxalifət yeni işçilərin qəbulunu dayandırmaqla yanaşı, ölkədən minlərlə gəncin getməsinin qarşısını almaq kimi tələblər irəli sürür.