Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb


Dünya 24 İyn 2019 23:57:00 434 0

Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb.

Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.

Təşkilatçıların sözlərinə görə, bu gün də Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunacaq.

Təşkilatçılar iğtişaş və qarşıdurmaya bacardıqca yol verməyəcəklərini bildirirlər.