Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub


Digərləri 24 İyn 2019 22:43:38 167 0

Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb.

Bakı. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onların saxta əsginasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib. Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.