Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü
Digərləri 24 İyn 2019 22:08:00 188 0
Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az