Mikroavtobus ağaca çırpılıb və yanıb, xəsarət alan var


Digərləri 24 İyn 2019 21:45:00 223 0

Mikroavtobus ağaca çırpılıb və yanıb, xəsarət alan var

Qaxda mikroavtobus ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Şotavar kəndində "Mercedes" markalı mikroavtobus yol kənarındakı ağaca çırpılıb. Nəticədə mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.