İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək


Digərləri 24 İyn 2019 21:21:47 182 0

İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Bakı. İlhamə İsabalayeva - İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.