Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb


Digərləri 24 İyn 2019 20:48:29 180 0

Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb

Xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin bir nəfərə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilib

Bakı. Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilib.