Nardaranda qəsəbə sakini avtomobillə vurulub


Digərləri 24 İyn 2019 20:04:00 207 0

Nardaranda qəsəbə sakini avtomobillə vurulub

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 23-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi "VAZ-2108" markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub. M.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.