Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il


Digərləri 24 İyn 2019 20:06:56 191 0

Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Həsənli 8 il azadlıqdan məhrum edilib. İttihama görə, bu il yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində N.Həsənli Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.