“Brilliantın müğənni olmağına mən səbəb olmuşam”


Şou-biznes 24 İyn 2019 19:59:00 181 0

“Brilliantın müğənni olmağına mən səbəb olmuşam”

"Brilliant mənimlə duet oxuyanda 16-17 yaşında idi. Xalamgildə bir dəfə onun səs yazısına qulaq asdım. Sonra görüşdük. Onu Rafiq Babayevlə, Cəmil Əmirovla, Cavanşir Quliyev və Faiq Sücəddinovla tanış etdim".

Milli,Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Samir Bayramlının "Söhbətsiz" proqramında Xalq artisti Akif İslamzadə deyib.

O, sənətçini səhnəyə gətirməyinə peşman olmadığını bildirib:

"Sonra müğənnilik etməyə başladı. Mən onun yerinə oxumuram ki, sadəcə müğənni olmağına səbəb olmuşam. Bizim cəmiyyət narazılıq etməz ki, o, hazırda peşəkar sənətkardır".