Nazir: "Kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi lazımdır"


Digərləri 24 İyn 2019 18:42:00 212 0

Nazir: "Kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi lazımdır"

Kənd təsərrüfatı sahəsində şəffaflıq və səmərəliliyə nail olmaq üçün innovativ texnologiyaların tətbiq olunması prosesini gücləndirmək lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumunda deyib.

O bildirib ki, həmin proses ölkədə davam edir:

"Bu məsələ dövlət siyasətinin prioritetindədir və bunun bariz nümunəsi kimi inklüziv xidmətlərin bütün spektrini əhatə edən ASAN Xidməti göstərmək olar".