Avtomobillə vurulub öldürülən şəxsin yaxınları axtarılır


Digərləri 24 İyn 2019 18:47:00 230 0

Avtomobillə vurulub öldürülən şəxsin yaxınları axtarılır

İyun ayının 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 78 ünvanında təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxsin xarakterik əlamətləri belədir: boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbərə aid foto