Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü


Digərləri 24 İyn 2019 18:04:00 244 0

Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.