“Bu ölkə tezliklə məhv olacaq”


Digərləri 24 İyn 2019 17:39:00 207 0

“Bu ölkə tezliklə məhv olacaq”

Rusiya mətbuatında bolqar falçı Vanqanın öncəgörməsi barədə məlumat üzə çıxıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, jurnalistlərin iddiasına əsasən, artıq bu öncəgörmə reallığa çevrilir.

"Piterburger.ru" saytının xəbərinə əsasən, Vanqa Suriyadakı hərbi münaqişə barədə illər əvvəl xəbər vermişdi. Nəşrin xəbərinə əsasən, bu öncəgörmə çox qorxuludur və Vanqa bildirib ki, bu münaqişədən sonra Üçüncü Dünya Müharibəsi başlayacaq. Avropa isə xəritədən silinəcək. Eyni zamanda Birləşmiş Ştatlar da məhv olacaq.

Bundan başqa, Vanqanın öncəgörməsinə əsasən, Çin dünya dövləti statusu qazanacaq və Yerin üzərində uça bilən nəqliyyat vasitəsi ixtira edəcək. Eyni zamanda Rusiyanın iqtisadi problemləri olacaq. Amma rusiyalı dövlət başçısı ölkəsini xilas edəcək.