Samuxda aviabomba aşkarlandı (FOTO)


Digərləri 24 İyn 2019 17:14:28 208 0

Samuxda aviabomba aşkarlandı (FOTO)

ANAMA Samux rayonunda aviabomba aşkar edib

Bakı. ANAMA Samux rayonunda aviabomba aşkar edib Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) Trend-ə məlumat verilib. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyindən Agentliyə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.