İnstagram şərhləri kök modeli ağlatdı


Digərləri 24 İyn 2019 16:54:00 791 0

İnstagram şərhləri kök modeli ağlatdı

"Fotolarıma yazılan şərhləri oxuyanda pərişan oldum, ağladım".

Son.az The Sun-a istinadən bildirir ki, irlandiyalı plus-size model İrena Drezi belə deyib.

"PrettyLittleThing" internet dükanının reklam kampaniyasına qatılan modelin fotolarını retuş etməyiblər. Fotolar olduğu kimi yayılıb.

"Şərhlərin 90 faizi pozitiv idi. İnanılmazdı. Oxudum, kövrəldim, ağladım. Qızlar mənə yazır, tarixçələrini bölüşürdülər. Onlar məndən ruhlanır, qolsuz topiklər geyinərək küçələrə çıxır, qollarını göstərməyə utanmırlar. Belə nəticə məni ruhlandırdı. Deməli, gerçəkdən də insanlara yardım edirəm", - Drezi deyib.

22 yaşlı İrenanın sözlərinə görə, kök olduğuna görə daim özündən bədgüman olub: "Özümü nərmənazik yaşıdlarımla müqayisə edir, utanırdım. Həmişə böyük ölçüdə paltarlar geyinirdik. Halbuki belə müqayisələr qadını içdən dağıdır. Halbuki insanlar fərqlidir. Kimsə kimsəyə bənzəməli deyil".


Xəbərə aid fotolar