23 yaşında ölən oğlanın orqanları xəstələrə köçürüləcək


Digərləri 24 İyn 2019 16:49:00 213 0

23 yaşında ölən oğlanın orqanları xəstələrə köçürüləcək

Türkiyədə 23 yaşında vəfat edən gəncin orqanları ehtiyacı olan xəstələrə köçürüləcək.

Son.az xəbər verir ki, Bursanın Yenişehir qəsəbəsində baş ağrıları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ahmet Çavdarın beyninə qan sızdığı üzçə çıxıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gənc oğlan xəstəxanada olarkən valideynlərinə ölərsə, orqanlrının bağışlanmasını vəsiyyət edib.

Valideynləri xəstəxanaya müraciət edərək beyin ölümü gerçəkləşən kimi orqanların götürülməsini xahiş edib.