Namizəd müəllimlər işə qəbul imtahanlarında təkrar iştirak etdikdə son nəticə nəzərə alınacaq


Digərləri 24 İyn 2019 16:17:00 253 0

Namizəd müəllimlər işə qəbul imtahanlarında təkrar iştirak etdikdə son nəticə nəzərə alınacaq

"Stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış müəllimlərin işə qəbul müsabiqəsində iştirakı zamanı güzəşt olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ötən il müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edildi. Bu dəyişikliyə uyğun olaraq müəllimlərin test imtahanlarında göstərdiyi nəticələr 2 il müddətində qüvvədə qalır.

E.Bağırov qeyd edib ki, ötən il müsabiqədə iştirak etmiş namizəd işə qəbul imtahanlarında təkrar iştirak edəcəyi təqdirdə onun son, yəni cari ilin nəticəsi nəzərə alınacaq:

"2018-ci ildə müsabiqəyə qatılan şəxs bu il yenidən müsabiqəyə qatılsa, onun bu il topladığı nəticə nəzərə alınacaq. Onun əvvəlki nəticəsi ləğv olunacaq".