6 il sonra La Liqada


İdman 24 İyn 2019 15:06:00 316 0

6 il sonra La Liqada

İspaniya Sequndasında "pley-off" oyunlarına yekun vurulub.

Goal.az xəbər verir ki, bununlda da La Liqaya yüksələn sonuncu klub müəyyənləşib. Doğma meydanda Deportivo-nu 3 cavabsız qolla məğlub edən Mallorca iki görüşün nəticəsinə (3:2) əsasən, elitaya vəsiqə qazanıb. Sözügedən komanda 6 illik fasilədən sonra yenidən yüksək dəstədə mübarizə aparacaq.

Qeyd edək ki, Sequndadan La Liqaya yüksələn digər iki komanda isə OsasunaGranada-dır.