UFAZ-ın tələbələri Fransada Milli Riyaziyyat Olimpiadasında ilk yüzlüyə düşüb


Digərləri 24 İyn 2019 15:20:00 235 0

UFAZ-ın tələbələri Fransada Milli Riyaziyyat Olimpiadasında ilk yüzlüyə düşüb

Fransız-Azərbaycan Universitetinin (UFAZ) 10 tələbəsi Fransanın tələbələr arasında keçirilən Milli Riyaziyyat Olimpiadasında ilk yüzlüyə düşüb.

Bakı. İlhamə İsabalayeva - Fransız-Azərbaycan Universitetinin (UFAZ) 10 tələbəsi Fransanın tələbələr arasında keçirilən Milli Riyaziyyat Olimpiadasında ilk yüzlüyə düşüb. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, UFAZ tələbəsi Ləman Cəlilova hətta riyaziyyat kateqoriyasında Fransa üzrə 4-cü yeri qazanıb.