Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq


Digərləri 24 İyn 2019 15:24:00 172 0

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

Özünüməşğulluq proqramı çərçivəsində biznes-planlarının qiymətləndirilməsi mərhələsində uğur qazanan vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanacaq.

Bakı. Özünüməşğulluq proqramı çərçivəsində biznes-planlarının qiymətləndirilməsi mərhələsində uğur qazanan vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayevin sözlərinə görə, növbəlilik prinsipi əsasında proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçiriləcək. İl ərzində 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.