Nizami rayonunda baş verən yanğınla bağlı


Digərləri 24 İyn 2019 14:54:00 194 0

Nizami rayonunda baş verən yanğınla bağlı

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.