Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib


Kriminal 24 İyn 2019 14:14:00 210 0

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları "Xaş-xaş 2019" tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan artıq olan 18 350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar