Stolüstü tennisçilərimiz Çində beynəlxalq turnirdə iştirak edəcəklər


Digərləri 24 İyn 2019 14:09:34 175 0

Stolüstü tennisçilərimiz Çində beynəlxalq turnirdə iştirak edəcəklər

İyunun 25-27-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.

Bakı. İyunun 25-27-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, beynəlxalq turnirdə qızlardan ibarət komandamızın üzvlərindən Arzu Aslanova, Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova, Mehriban Dadaşova iştirak edəcəklər. Oğlanların yarışında isə Adil Əhmədzadə, Hüseyn Eylazov, Emin Məmmədov, Kənan Pənahov mübarizə aparacaqlar. Stolüstü tennisçilərimiz iyunun 12-dən 22-dək Çində təlim-məşq toplanışında iştirak ediblər.