Yeni nazir əməliyyat müşavirəsi keçirdi


Digərləri 24 İyn 2019 13:48:00 208 0

Yeni nazir əməliyyat müşavirəsi keçirdi

Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.

Bakı. Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb. Nazir V.Eyvazov cənab Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.