İtkin düşən fermer timsahın mədəsində tapıldı


Digərləri 24 İyn 2019 13:34:00 215 0

İtkin düşən fermer timsahın mədəsində tapıldı

İndoneziyada itkin düşən bir fermerin timsahlara yem olduğu bildirilir.

Son.az ölkə.az-a istinadən bildirir ki, kənd sakinləri tutduqları timsahın qarnını yarıb fermerin meyitini çıxarıblar.

Hadisə İndoneziyanın Riau əyalətində baş verib. Vartoyo adlı fermer qəflətən yoxa çıxıb. Yaxınları fermerin sonuncu dəfə görüldüyü Lakar çayında axtarışlara başlayıblar. Çayın sahilində uzanan bir timsahın yanında insan bədəninin parçalarını görüblər və fermerin timsaha yem olduğundan şübhələniblər. Kənd sakinləri timsahı tutub ağzını bağladıqdan sonra kəndə gətiriblər. Timsahı öldürən və qarnını yaran kəndlilər fermerin meyiti ilə qarşılaşıblar. Məlum olub ki, onun bədəninin üst hissəsi tamamilə parçalanıb və sadəcə ayaqları qalıb.

Kəndin nümayəndəsi bildirib ki, çayda timsah çox olsa da, bu tip hadisələr nadir hallarda baş verir. Onlar timsah hücumunun bir cəza olduğuna inanırlar.


Xəbərə aid fotolar